"Eurovision"-u boykot edən ölkə müsabiqəyə qayıdır

"Eurovision"-u boykot edən ölkə müsabiqəyə qayıdır Şou

Niderland 2027-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində iştirak edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, ölkənin əvvəlki yayımçısı "AVROTROS" İsrailin iştirakı və Qəzzadakı müharibə ilə bağlı etirazlarını davam etdirir.

Buna baxmayaraq, Niderlandın "Eurovision"dakı təmsilçiliyini NPO öz üzərinə götürüb.

Qeyd edək ki,Niderland 2026-cı il müsabiqəsini boykot edən beş ölkədən biri olub.

İspaniya isə 2027-ci ildə də müsabiqədə iştirak etməmək məsələsini nəzərdən keçirir.

Ölkənin RTVE rəhbəri boykotun davam etdirilməsini məsləhər görüb.