Fələstinə dəstək aktyora baha başa gəldi
Şou
Məşhur aktyor Xavier Bardem Fələstinə açıq dəstək verdiyi üçün çətinliklərlə üzləşib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor bu mövqeyinə görə bəzi film layihələrindən və reklam müqavilələrindən kənarda qaldığını bildirib.
“Bəli, belə sözlər eşitmişəm: Səni bu layihə üçün çağırmaq istəyirdik, amma artıq mümkün deyil. Bu brend səni kampaniyaya dəvət etmək istəyirdi, amma edə bilmir”, — deyə Bardem qeyd edib.
O, bunu faciə kimi qiymətləndirmədiyini də vurğulayıb:
“Hər şey qaydasındadır. Mən İspaniyada yaşayıram. Amerika studiyaları yeganə seçim deyil”.
Aktyorun sözlərinə görə, bu cür hallar sənayedə müəyyən təzyiq mexanizmlərinin ola biləcəyinə işarə edir.
Bardem həmçinin vəziyyəti daha əvvəl Fələstinə dəstək aksiyalarından sonra karyerasında çətinliklər yaşadığını bildirən aktrisa Syuzan Sarandonun təcrübəsi ilə müqayisə edib.
O, “qara siyahıların” mövcudluğunu təsdiqləməsə də, bəzi şəxslərin siyasi mövqeyinə görə sənayedə imkanlarını itirə biləcəyini istisna etməyib.