“İflicdən sonra düşündüm ki, teatrla qurtardım” - Kubra Əliyeva
Şou
Əməkdar artist Kubra Əliyeva səhhətindən danışıb.
News24.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi hazırda özünü yaxşı hiss etdiyini bildirib:
"İndi yaxşıyam, Allaha şükür. İki dəfə çox pis yıxılmışdım, xəstəxanaya gedəndə yeriyə bilmirdim.
1999-cu ildə üzüm iflic olmuşdu. Qurban olum Rəbbimə, ancaq üzümə vermişdi. Altı ay teatra getmədim. Hətta getdim Kürdaxanıda özümə ev tikdirdim. Dedim, yəqin ki, teatrla qurtardım. Axı çörəyimizi üzümüzlə, danışığımızla qazanırıq. Və sonra müalicəyə başladım. Üzümün simmetriyası pozulmuşdu, çünki müalicəm düzgün getməmişdi. Min şükür ki, 80 faiz bərpa edə bildim". (axsam.az)