Günaydan diqqətçəkən etiraf: “Məni Zaura tapşırdılar”

Günaydan diqqətçəkən etiraf: “Məni Zaura tapşırdılar” Şou

Zaur və Günay Baxşəliyeva "ASAN TV"nin qonağı olublar.

News24.az xəbər verir ki, artıq 14 ildir evli olan cütlük ailə qala bilməyin sirrlərindən danışıb.

Günay Zaurla tanış olmasından söz açıb:

"Hər şey ATV kanalında başladı. Müsabiqədən keçdim və məni Zaura tapşırdılar. Sınaq çəkilişi etdik. Tanışlığımız belə oldu. "Bizim səhər", "Onun yarısı" və digər verilişlərdə birgə çalışdıq".

Zaur xanımının qısqanc olduğunu açıqlayıb:

"Artıq 14 il olacaq ki, ailəliyik. Günayın qısqanclığı var. Mənim də. Amma yersiz, xəstəlik formasında deyil. Günay qısqanclıqlarına yaxşı bəraət qazandırmağı bacarır. Bilir ki, haradan yanaşsa, qısqanclığı görünməz. Onun emosiyalarını qısqanclıq yox, ağıllı tədbir kimi görürəm". (axsam.az)