“Görün bizə kim barmaq silkələyir, hamınız “çuşka”sınız!”

“Görün bizə kim barmaq silkələyir, hamınız “çuşka”sınız!” Şou

“Bir ildir efirə çıxmıram. Səbəb bilirsiniz, nədir? Bax, bunlara görə. Siz verilişlər özünüzü qıraqdan görürsünüz? Siz nəyi reklam edirsiniz?”

News24.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan instaqram hesabında paylaşdığı videoda deyib.

O, verilişlərdə yaşanan qalmaqalların təbliğini pisləyib:

“Biz o vaxt bir verilişdə 3 aydan bir görünürdük. Ya da yeni vaxtlarımızda pul ödəyirdik ki, efirdə görünək. Mən qısa da, şortik də geyinmişəm. Efirdə olub və hamısı gözünüzün qabağındadır. Efirdə sinəm də açılıb, istəmədiyim hallarla da rastlaşmışam. Amma bu nədir? Bu nə “deşovka”lıqdır? Nə olub? Dünən “TikTok”da biri mahnı oxuyub, görməmiş kimi efirə çıxarırmısınız. Aparıcılar, hamınız səviyyəsizsiniz! Razısınız, hə?! Heç birinizin savadı yoxdur!”

S. Sultan keçmiş illərlə müqayisə apararaq, hazırkı efir məkanında etik normaların itdiyini vurğulayıb:

“Kişilikdən danışıb, barmaq silkələyirlər. Bizə, camaata ağıl verənlərə bax. Siz kimə ağıl verir, dərs keçirsiniz “kişilər”? Azərbaycanda kişi yoxdur ki, çıxıb ağıllı-ağıllı məsləhətlər verirsiniz?! Siz kimsiniz?! Kimə gəldi ağzınıza gələni deyirsiniz. Görün efirdə kim bizə barmaq silkələyir, tərbiyə göstərir. Aparıcılar, kanallar siz nə gündəsiniz?! Hamınız “çuşka”sınız! Bir özünüzü kənardan görün. Sizin əlinizdən bir ildir efirə çıxmıram, utanıram”. (Qafqazinfo)