Hamamda yıxılan müğənni öldü - Foto
Şou
Filippində “Sugarpop” musiqi qrupunun üzvü, müğənni Vanessa Blanka hamamda yıxılaraq kəllə sümüyünü sındırıb və ağır kəllə-beyin travması alıb.
News24.az xəbər verir ki, hadisə barədə onun əmisi qızı Ayvi “Facebook” sosial şəbəkəsində məlumat verib.
30 yaşlı Blankanın sözlərinə görə, bədbəxt hadisə avqustun 19-da Maniladakı kondominium mənzilində baş verib.
Ayvinin sözlərinə görə, Vanessa hamamda geyinərkən ayağı büdrəyib və yıxılaraq başını yerə vurub.
“Vanessa ağır kəllə-beyin travması alıb və bunun nəticəsində beyninə daxili qanaxma baş verib”, – deyə Ayvi bildirib.
Hadisədən sonra təcili tibbi yardım çağırılıb. Lakin 15 dəqiqə ərzində briqada gəlməyib. Bundan sonra müğənninin tanışları onu özləri xəstəxanaya aparmaq qərarına gəliblər.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.