"Hoteldəki videoların əlimizdədir" - Məşhur müğənni təhdid olundu
Şou
Türkiyəli məşhur müğənni Kənan Doğulu şantaj olunduğunu iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçiyə naməlum nömrədən göndərilən mesajda “hoteldəki videoların əlimizdədir” deyilərək 300 min dollar tələb olunub. Müğənni mesajda pulun göstərilən hesaba köçürülməyəcəyi təqdirdə videolarının yayılacağı ilə hədələnib.
Kənan Doğulu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib və təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib. Araşdırma zamanı telefon nömrəsinin xarici ölkəyə məxsus olduğu müəyyənləşdirilib.
Prokurorluq cinayət tərkibli əməlin cəhd mərhələsində qalması və şübhəlilərin şəxsiyyətinin tapılmaması səbəbindən işə xitam verilməsi barədə qərar çıxarıb.
Nilufər