https://www.youtube.com/watch?v=ORxFoz9rbZ8
Şou
Məşhur rusiyalı müğənni Stas Mixaylov Azərbaycanla bağlı maraqlı açıqlamalar verib.
News24.az xəbər verir ki, bu barədə sənətçi Xalq artisti Emin Ağalarovun yutub layihəsində danışıb.
S. Mixaylov baba və nənəsinin məzarının Sumqayıtda olduğunu bildirib:
“Atam şamaxılıdır. Mənim atamın atası azərbaycanlıdır, anam rusdur. Sabah uşaqlarla Sumqayıta baba-nənələrinin məzarını ziyarət etməyə gedəcəyik. Onlar heç vaxt getməyib, amma mən getmişəm. Və istəyirəm ki övladlarım da getsin”. /Olay.az/