Hülya Avşardan YENİ QƏRAR: Seriallar dəftərini bağladım

Hülya Avşardan YENİ QƏRAR: Seriallar dəftərini bağladım Şou

Türkiyəli müğənni və aktrisa Hülya Avşar daha seriallarda çəkilməyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, sənətçi sonuncu dəfə rol aldığı “Aynı yağmur altında” serialının yeddinci bölümdə başa çatmasından sonra bu qərarı verib.

Hülya Avşar serial sektorundakı rəqabətdən narazılığını bildirib. Onun sözlərinə görə, prodüserlər və ssenaristlər arasında qəribə mübarizə gedir, hər kəs bir-birinin yolunu kəsməyə çalışır.

Aktrisa yeni layihələrə özünü doğrultmaq üçün kifayət qədər vaxt verilmədiyini vurğulayıb:

“Görürsən ki, serial yaxşı gedə bilər, amma heç fürsət vermədən qəfil yayımını dayandırırlar. Açığı, belə şeylərlə məşğul ola bilmirəm. Belə oyunlara gəlmək istəmirəm. Serial mövzusunu özüm üçün bağlamışam”.

Hülya Avşar hazırda “Kanlı Nigar” müzikli ilə teatr səhnəsinə qayıtmağa hazırlaşır.