İllər sonra açıqladı: "Deyirlər ki, ağdərili olmaq istəyirdi"
Şou
“Deyirlər ki, Maykl ağdərili olmaq istəyirdi. Bu, böyük yanlışdır”.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri əfsanəvi müğənni Maykl Ceksonun qardaşı oğlu Jafar Cekson deyib.
O, əmisinin həyatında vitiligo xəstəliyinin mühüm rol oynadığını açıqlayıb.
Jafar Ceksonun sözlərinə görə, dərinin piqmentasiyasının zamanla açılmasına səbəb olan bu xəstəlik Maykl Ceksonda uşaqlıqdan etibarən müşahidə olunub, lakin çoxları onun bu sağlamlıq vəziyyətini düzgün anlamayıb.
Qeyd olunub ki, Maykl Cekson özü də sağlığında bu diaqnoz barədə açıq danışıb və tibbi sənədlər də bunu təsdiqləyib.
Bildirilib ki, sənətçi vəziyyətin təsirlərini azaltmaq üçün müxtəlif kremlər və müalicə üsullarından istifadə edib.