Keti Perri qadağan olunmuş ərazidə - klip çəkdirdi
Şou
Amerikalı müğənni Keti Perri "143" adlı albomu ilə uzun fasilədən sonra musiqi sənayesinə qayıdır.
News24.az xəbər verir ki, müğənni albomunun aparıcı sinqlı "Qadın dünyası"ndan sonra "Lifetimes" adlı mahnısına klip çəkdirib.
Müğənni Perrinin Balear adalarının ekoloji cəhətdən həssas qum təpələrində icazəsiz klip çəkdirdiyi iddiası ilə İspaniyanın hakimiyyət orqanları araşdırmalara başlayıb.
“Lifetimes” mahnısına çəkilən klipdə ifaçının İbiza və Formentera adalarında çimərliklərdə, klublarda əyləndiyi görünür.
Lakin S'Espalmador adasındakı qorunan qum təpələrinin ortasında çəkildiyi düşünülən səhnələr narahatlıq doğurub.
İspaniya hökumətindən verilən açıqlamada videoya görə məsul istehsal şirkətinin icazə almadığı iddia edilib. Keti Perri hələlik məsələyə münasibət bildirməyib.
Günel Məlikzadə