Kommunal borclarını ödəməyən Xalq artisti məhkəməyə verildi

Kommunal borclarını ödəməyən Xalq artisti məhkəməyə verildi Şou

Məhkəmə Rusiyanın Xalq artisti Alla Puqaçovadan kommunal ödənişlər üzrə borcun tutulmasına qərar verib.

News24.az xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, müğənniyə qarşı istilik təchizatı şirkəti tərəfindən iki iddia qaldırılıb.

Məhkəmə şirkətin mövqeyini dəstəkləyib.

Nəticədə Puqaçovadan iki məhkəmə əmri əsasında ümumilikdə 17 min rubl tutulub.

Qeyd edək ki, bundan əvvəl vəkil Matveyev Puqaçovanın Qryaz kəndində yerləşən qəsrini saxlanma xərclərinin həddindən artıq yüksək olması səbəbindən sata bilmədiyini açıqlayıb.