Konsert zamanı paltarları oğurlandı - Foto

Konsert zamanı paltarları oğurlandı - Foto Şou

Məşhur müğənni Madonna “Koaçella Vadi Musiqi və İncəsənət Festivalı”nda qarət olunub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı pop musiqisinin kraliçası səhnə çıxışını bitirdikdən sonra şəxsi arxivinə aid səhnə geyimlərinin yoxa çıxdığı məlum olub.

Madonna “Instagram” hesabında bildirib ki, şou zamanı istifadə etdiyi geyimlər itib. Onun sözlərinə görə, gödəkçə, korset, paltar və onun üçün tarixi əhəmiyyət daşıyan digər geyim parçaları yoxa çıxıb.

Müğənni emosional paylaşımında qeyd edib ki, bunlar sadəcə geyim deyil, onun yaradıcılıq yolunun bir hissəsidir və əşyaların geri qaytarılacağına ümid edir. O, həmçinin itmiş əşyaların tapılması üçün mükafat təklif edib və komandasına müraciət üçün əlaqə vasitəsi təqdim edib.

Polisin məlumatına görə, söhbət geyim və zinət əşyalarının olduğu çantaların itməsi ilə bağlıdır. Əşyaların festival ərazisində qolf arabası ilə daşınarkən itmiş ola biləcəyi bildirilir. Hüquq-mühafizə orqanları hazırda qəsdən oğurluq əlamətlərinin olmadığını, hadisənin təsadüfi itki ola biləcəyi ehtimalını araşdırır.

Konsert zamanı paltarları oğurlandı - Foto Konsert zamanı paltarları oğurlandı - Foto Konsert zamanı paltarları oğurlandı - Foto