Kuryerə 200 manat bəxşiş verdi – VİDEO

Kuryerə 200 manat bəxşiş verdi – VİDEO Şou

Əməkdar artist Bəhram Bağırzadə kuryeri təəccübləndirib.

News24.az xəbər verir ki, aktyor cəmi 50 metr məsafədən kuryer vasitəsilə sifariş verib. Sifarişi çatdıran kuryer Bəhram Bağırzadəni qarşısında görəndə təəccüblənib.

Aktyor isə kuryerə 200 manat bəxşiş verib. Bu məbləği görən kuryer təəccüblə “Ciddisiniz?” deyə soruşub.

Bəhram Bağırzadə isə “Sür, get” cavabını verərək kuryeri yola salıb. (axsam.az)