“Kızılcık Şerbeti” serialında qalmaqal

“Kızılcık Şerbeti” serialında qalmaqal Şou

“Kızılcık Şerbeti” serialında Billur obrazını canlandıran Cansu Taşkının layihədən ayrılması qalmaqala səbəb olub.

News24.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək serialdan çıxarılmasına etiraz edib.

O, “çörəyimlə oynadılar, onları Allaha həvalə edirəm" ifadələrini işlədib və başqa bir layihədən imtina etdiyinə görə peşman olduğunu bildirib.

Məsələ ilə bağlı serialın istehsal şirkəti “Gold Film” açıqlama yayıb. Şirkət bildirib ki, ssenarist heyətindəki dəyişiklikdən sonra hekayədə yeniliklər edilib və Billur obrazının hekayəsi 143-cü bölümdən etibarən başa çatıb.

Şirkət aktrisaya layihəyə verdiyi töhfələrə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.