Madonna doğum gününü 30 yaşlı sevgilisi ilə keçirdi - Fotolar
Şou
68 yaşlı amerikalı müğənni Madonna doğum gününü 30 yaşlı sevgilisi, yamaykalı futbolçu Akim Morris ilə birlikdə Yunanıstanda qeyd edib.
News24.az xəbər verir ki, o, ad günündən olan fotolar “İnstagram” səhifəsində paylaşıb.
Müğənninin doğum günü məclisi bir neçə gün davam edib. Madonna ailə üzvlərinin əhatəsində yunan adət-ənənələrinə əsasən boşqab sındırıb və bayram ad günü tortunu kəsib.
Daha sonra o, etnik üslubda ağ paltar geyinərək Korfu adasına gedib.
“Mənim doğum günüm! Ye, dua et, sev, rəqs et, boşqab sındır, pişikləri yedizdir! Şükürlər olsun, İlahi!” — deyə müğənni yazıb.