Manana yeni fotosessiyasını təqdim etdi -FOTO

Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Şou

Azərbaycanın Əməkdar artisti Manana Caparidze yeni yaradıcılıq layihəsi çərçivəsində fotosessiyasını təqdim edib.

Peşəkar fotostudiyada keçirilən çəkilişə fotoqraf Həsən Əliyev rəhbərlik edib. Müğənninin obrazlarında zəriflik, qadın incəliyi və eleqantlıq ön plana çıxarılıb.

Fotosessiyanın ilham mənbəyi Manananın repertuarında xüsusi yer tutan “Sən hamı kimi deyilsən” mahnısı olub. İyirmi ildən artıqdır sevilən bu bəstə bir çox dinləyici üçün ilk hisslərin, sevgi etiraflarının və xoşbəxt ailə hekayələrinin rəmzidir.

Sənətçi bildirir ki, pərəstişkarlarının mahnı ilə bağlı xatirələrini bölüşməsi və onu “bizim mahnımız” adlandırması bu layihəyə xüsusi məna verib. Məhz bu səmimi münasibət Manananı bəstənin yaratdığı duyğuları yeni vizual obrazlarla ifadə etməyə ruhlandırıb.

Layihənin hazırlanmasında vizajist və gözəllik üzrə stilist Səbinə İmanova, geyim stilisti Mədinə Əhmədova və layihə meneceri Ceyhun Kərimov iştirak ediblər.

Bu, yaradıcı layihənin yalnız ilk mərhələsidir. Manana Caparidze yaxın gələcəkdə “Sən hamı kimi deyilsən” mahnısına çəkilən yeni klipi də təqdim etməyə hazırlaşır.

Hazırda isə sənətçi fotosessiyadan seçilmiş kadrları izləyiciləri ilə bölüşür.

Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO Manana yeni fotosessiyasını təqdim etdi -FOTO