“Mən trenddəkilərin siyahısında olmaq istəmirəm”

“Mən trenddəkilərin siyahısında olmaq istəmirəm” Şou

Əməkdar artist Gülüstan Əliyeva qalmaqallı açıqlama edib.

News24.az xəbər verir ki, o, trenddə olan ifaçılara görə siyahıya düşmək istəmədiyini bildirib:

“Trendi o qədər hörmətsiz ediblər ki, ora düşmək istəmirəm. Pulla baxış sayı artırırlar, axşam videonu qoyub səhər 3-5 milyon “baxış” yığırlar. Dünyada trend bir imic, addır, o göstərici məfhumdur ki, sən ən yaxşılardansan. Bu günsə Azərbaycanda bunu o qədər hörmətsizləşdiriblər ki, heç trendə düşmək barədə fikirləşmirəm, istəmirəm mahnım trendə düşsün. Mən həmin trenddəkilərin siyahısında olmaq istəmirəm”.