Məşhur aktrisa evində ölü - TAPILDI - FOTO

Məşhur aktrisa evində ölü - TAPILDI - FOTO Şou

Dünya şöhrətli Cənubi Koreyalı 24 yaşlı məşhur aktrisa Kim Sae-ron dünyasını dəyişib.

News24.az xəbər verir ki, Cənubi Koreya polisinin verdiyi açıqlamaya görə, səhhətində heç bir problemi olmayan Kim Sae-ron Seuldakı evində ölü tapılıb. Kim Sae-ronun c*sədini onun evinə gedən dostu tapıb.

Məşhur aktrisanın ölümü ilə bağlı araşdırmalar davam edir. Bildirilib ki, indiyədək evə zorla daxil olma faktı yoxdur.

SAE-RON KİMDİR?

2000-ci ildə anadan olan Kim Sae-ron 2009-cu ildə aktrisalığa başlayıb və 2010-cu ildə "The Man from Nowhere" adlı döyüş filmində və 2012-ci ildə "The Neighbor" trillerindəki rolları ilə şöhrət qazanıb.

2023-cü ildə ekranlara çıxan "Bloodhounds" məşhur aktrisanın rol aldığı sonuncu film olub.

Digər tərəfdən, Kim Sae-ron 2022-ci ilin mayında sərxoş vəziyyətdə avtomobil idarə edərkən tutulub. Bu vəziyyət məşhur adın karyerasına təsir edib.

Günel Məlikzadə

Məşhur aktrisa evində ölü - TAPILDI - FOTO