Məşhur aktrisa həmcinsi ilə - EVLƏNDİ - FOTO
Şou
Məşhur aktrisa Kristen Stüart və ssenarist nişanlısı Dilan Meyer bazar günü Los-Ancelesdə sadə mərasimlə evləniblər.
News24.az xəbər verir ki, cütlüyün toyuna məhdud sayda qonaq qatılıb, qonaqlar arasında Eşli Benson və onun həyat yoldaşı Brandon Devis kimi məşhurların da olduğu bildirilir.
Stüart və Meyerin yolları ilk dəfə 2013-cü ildə çəkilən filmdə kəsişib. Lakin onların münasibətləri 2019-cu ilin avqustunda başlayıb. Həmin vaxt Stüart sevgilisi, model Stella Maksvelldən yenicə ayrılmışdı.
Los Angeles Times-ın məlumatına görə, ikili yenidən ortaq dostluq məclisində görüşüb. Onların romantik münasibəti bu dövrdə başlayıb.
2021-ci ildə onların hər iki sol əlində üzüklər göründükdən sonra nişan şayiələri ortaya çıxıb. Kristen Noyabr ayında Howard Stern şousunda Dilanla nişanlandığını təsdiqləyib.
Günel Məlikzadə