Məşhur aktyordan oğlu ilə paylaşım - FOTO
Şou
Məşhur Türkiyəli aktyor Murat Ünalamış ötən ilin sentyabrında Albena İliyeva (Nutiye Akar) ilə ailə qurub. Məşhur cütlük sadə mərasimlə evlənib.
News24.az xəbər verir ki, xoşbəxt münasibətləri davam edən məşhur cütlükdən körpə müjdəsi gəlib.
Ata olduğunu izləyiciləri ilə bölüşən Ünalmış oğlu ilə poz verərkən bu qeydi etmişdi: "Bayram şirniyyatımız gəldi. Allaha şükürlər olsun ki, bu bayramda ikiqat bayram keçirdik. Allah hər kəsin övladlarını qorusun, bağışlasın, can sağlığı versin. Bayramlarımız çox olsun, hər kəsə xoş bayramlar arzulayıram”.
Oğlunun adını Səlim Baran qoyan məşhur aktyor oğlu ilə yeni fotosunu izləyicilərinə təqdim edib.
Ünalamış paylaşımında "Əziz oğlumla ara-sıra şəkil çəkdirməyək də? Bütün dostlarıma, izləyicilərimə salam olsun..."
Həmin fotoları təqdim edirik:
Günel Məlikzadə