Məşhur musiqiçidən ŞOK etiraf: - Nikahdankənar qızım oldu - FOTO

Məşhur musiqiçidən ŞOK etiraf: - Nikahdankənar qızım oldu - FOTO Şou

2003-cü ildən Jordyn Blum ilə evli olan 55 yaşlı Dave Grohl, dünən sosial şəbəkədəki paylaşımında həyat yoldaşını aldatdığını və bu münasibətdən bir qızı olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Dave Grohl, keçmiş Nirvana nağaraçısı və Foo Fighters qrupunun gitaraçısıdır.


"Bu yaxınlarda nikahdankənar münasibətdən bir qız uşağım olub. Ona mehriban və dəstək olan ata olmağı planlaşdırıram. Həyat yoldaşımı və övladlarımı sevirəm. İndi də onların etibarını qazanmaq və onlar tərəfindən bağışlanmaq üçün hər şeyi edirəm", - o postunda yazıb.


Məşhur musiqiçi yeni doğulan qızının anası ilə bağlı hər hansı açıqlama verməsə də, o, postunu da şərhlərə bağlayıb.

Digər tərəfdən, 2003-cü ildən evli olan Qrohl və Blumun 18 yaşlı Violet Maye, 15 yaşlı Harper Willow və 10 yaşlı Ophelia Saint adlı üç qızı var.


Günel Məlikzadə