Məşhur aktrisa onlardan üzr istədi

Məşhur aktrisa onlardan üzr istədi Şou

Aktrisa Enn Heteuey “Verity” filminin premyerasında fotoqraflara göstəriş verdiyi viral görüntüyə münasibət bildirib.

News24.az xəbər verir ki, aktrisa “The Tonight Show” proqramında hadisənin onun üçün “kabus kimi” olduğunu deyib.

O bildirib ki, çox sayda fotoqraf arasında xaos yaranmışdı və vəziyyəti qaydaya salmaq üçün “ana rejimi”nə keçərək onların hansı istiqamətə çəkiliş etməli olduğunu göstərib.

Lakin çəkiliş bitdikdən dərhal sonra etdiklərindən peşman olduğunu anlayıb və hər kəsdən üzr istəyib.