Məşhur aktrisadan fanatlarına şad xəbər

Məşhur aktrisadan fanatlarına şad xəbər Şou

Hollivud ulduzu Cennifer Lourens yeni elmi-fantastik triller filmində baş rolu canlandıracaq.

News24.az xəbər verir ki, 36 yaşlı aktrisa rejissor Zak Kreqerin “The Flood” adlı yeni layihəsinə qoşulub.

Filmin 2028-ci il avqustun 11-də kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.

Cennifer Lourens hazırda “The Hunger Games: Sunrise on the Reaping” və Martin Skorsezenin yeni filmi də daxil olmaqla bir neçə layihə üzərində çalışır.