Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar

Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar Şou

Aktyor Stiven Siqal Rusiyanın Rublyovka qəsəbəsində yerləşən malikanəsini 700 milyon rubla satışa çıxarıb.

News24.az xəbər verir ki, təxminən 500 kvadratmetr sahəsi olan ev 22 mülkdən ibarət qapalı yaşayış kompleksində yerləşir. Əsas binada üç yataq otağı, iş otağı, kinoteatr, şərab otağı və qaraj mövcuddur.

Torpaq sahəsində, həmçinin hamamlı qonaq evi və barbekü zonası olan söhbətgah da var.

Xatırladaq ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb, malikanəni isə 2019-cu ildə 80–100 milyon rubla satın alıb.

Məlumata görə, Siqal bu rezidensiyada yaşamır. Satış qərarı onun başqa bir şəhərkənarı evə köçməsi ilə əlaqələndirilir.

Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar Məşhur aktyor dəbdəbəli mülkünü satışa çıxardı – Fotolar