Məşhur aparıcı infarkt keçirdi
Şou
Türkiyəli məşhur aparıcı Mehmet Ali Erbil infarkt keçirib
News24.az xəbər verir ki, Erbil evində olarkən vəziyyəti pisləşib və xəstəxanaya çatdırılıb.
Müayinələr zamanı onun infarkt keçirdiyi müəyyənləşib və təcili əməliyyat olunub.
Onun ürək damarına stent qoyulub.
Əməliyyatdan və zəruri müayinələrdən sonra müalicəsi tamamlanan Mehmet Ali Erbilin səhhəti normallaşıb və o, xəstəxanadan evə buraxılıb.
Şoumenin ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.