Məşhur müğənni ərindən boşanır: "Hönkür-hönkür ağlayırdım"
Şou
Rusiyalı müğənni c bəstəkar həyat yoldaşı Aleksandr Arşinovdan boşanır.
News24.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O, artıq həyat yoldaşı ilə yaşadığı ümumi mənzilindən köçdüyünü qeyd edib.
“Artıq 6 aydır ki, dəhşətli stress içindəyəm. Həyatım alt-üst olub. Hazırda həyat yoldaşımla boşanma prosesindəyəm. Gözümdəki çəhrayı eynək nəhayət ki, tamamilə düşdü. Kainat həyatımın çətin dövrlərində mənə həmişə musiqi göndərib və indi də hər şey təkrarlanır, buna görə ona çox minnətdaram. "Mən səni sevmirəm" mahnısının demosu ümumi mənzilimizdən köçdüyüm vaxt yarandı. Dinləyirdim və hönkür-hönkür ağlayırdım. Hər şeyə rəğmən, yoluma davam edirəm. Bilirəm ki, hər şey yaxşı olacaq”, — deyə ifaçı bildirib.
Qeyd edək ki, cütlük 2003-cü ildə tanış olub. Onların doqquz yaşlı qızı var.