Məşhur müğənni reanimasiyaya yerləşdirildi
Şou
2000-ci illərdə məşhurlaşan və Nev ləqəbi ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, 57 yaşlı sənətçi çoxsaylı orqan çatışmazlığı səbəbilə süni tənəffüs aparatına qoşulub.
Müğənninin müalicə aldığı xəstəxanadan onun səhhəti ilə bağlı açıqlama verilib.
Bildirilib ki, Nev sentyabrın 3-də huşunu itirmiş vəziyyətdə xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
İlk tibbi müdaxilədən sonra süni tənəffüs aparatına qoşularaq zəruri müayinələrə və müalicəyə başlanılıb.
Aparılan müayinələr nəticəsində sənətçidə çoxsaylı orqan çatışmazlığı müəyyən edilib və o, reanimasiya şöbəsinə yerləşdirilərək müalicə və nəzarətə götürülüb.