Məşhur müğənninin konsertində dəhşətli anlar - Video
Şou
Türkiyəli məşhur müğənni Tan Taşçı konsert zamanı təhlükə vəziyyətlə üzləşib.
News24.az xəbər verir ki, hadisə 22 may tarixində Gürsel Aksel stadionunda baş verib.
Konsert zamanı sənətçi səhnənin kənarına yaxınlaşıb. Bu məqamda qəfildən səhnəni bəzəmək üçün quraşdırılan pirotexniki vasitələrdən alov müğənninin üzünə püskürüb.
Videogörüntülərdən də aydın olur ki, təhlükəli məqamda sənətçi cəld geri çəkilib. Alovdan onun saçları zədələnib.
Təhlükə yaşamasına baxmayaraq, müğənni çıxışını dayandırmayıb və proqramı tam şəkildə yekunlaşdırıb. /RİA/