Mətanətin keçmiş gəlini tanınmış aparıcını bu sözlərinə görə məhkəməyə verdi (FOTOLAR)
Şou
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə teleaparıcı Saleh Bağırov arasında qalmaqal yaşanıb.
News24.az xəbər verir ki, qalmaqala səbəb aparıcının Canananın ünvanına sərt sözlər işlətməsi olubı
Belə ki, sosial şəbəkələrdə müğənni Canananın məclislərin birində Mətanət İsgəndərliyə yaxınlaşması, onunla videolar çəkərək “qaynanam” deyə paylaşması birmənalı qarşılanmayıb. İzləyicilərin bir qismi onun bu addımını tənqid edib.
Tənqid edənlər arasında teleaparıcı Saleh Bağırov da yer alıb. O, paylaşımın şərh bölməsində Canananın ünvanına sərt fikirlər səsləndirib:
"Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır! Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər! Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə heç yerdə görünməsin və yerini bilsin! Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara!"
Canana isə məsələ ilə bağlı İctimai Televiziyanın rəhbərliyinə müraciət ünvanlayıb.
O, paylaşımında bildirib:
"Hörmətli İctimai Televiziyanın rəhbərliyi, Sizin kanalın siması olan Saleh Bağırov sosial şəbəkədə bir Azərbaycan qadınını – üç övlad anasını açıq şəkildə təhqir edib, alçaldıcı ifadələr işlədib. Mənə maraqlıdır, bu ixtiyarı ona kim verir? Sizmi? Kanalın adına arxayın olubmu bir qadının ləyaqətini bu qədər rahat tapdalayır?
Mən ictimai bir insanam, üç uşağın anasıyam və hər şeydən öncə Azərbaycan qadınıyam. Ən azından Saleh Bağırovun mənə hörməti yoxdursa belə, Mətanət İskəndərliyə hörməti olmalı idi. Çünki mən onun nəvələrinin anasıyam.
Bir kişinin sosial şəbəkədə qadını bu qədər alçaltması nə kişiliyə, nə etikaya, nə də qanuna sığır. Aparıcı olmaq insanlara nümunə olmaq deməkdir, insanları təhqir etmək yox.
Baş verənlə bağlı artıq hüquqi addımlar atılır. Vəkilim bu məsələ ilə məşğuldur və Saleh Bağırov barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcək, məhkəmə prosesi başladılacaq.
Heç kim düşünməsin ki, ekran üzü olmaq ona qadın heysiyyəti ilə oynamaq haqqı verir". (unikal)
