“Milyonların şousu”nda 8 min manat qazandı – VİDEO
Şou
“Milyonların şousu”nun növbəti iştirakçılarından biri meyxanaçı Rüfət Nasosnu olub.
News24.az xəbər verir ki, o, əvvəlki buraxılışda yarımçıq qalan oyununu bu gün davam etdirib.
Meyxanaçı 13-cü sualda oyunu dayandırmaq qərarı verib və verilişi 8 min manat uduşla tərk edib.
“Mənim qazancım ürəyimin sevinci, bu gözəllik oldu. Təşəkkür edirəm”, – o deyib.
Qeyd edək ki, meyxanaçı martın 7-də yayımlanan buraxılışda proqramın iştirakçısı olmuşdu. O, həmin vaxt 10 suala düzgün cavab verərək verilişdə itirilməyən 3 min manat məbləğini qazanmışdı. Lakin vaxtın başa çatması səbəbindən oyun yarımçıq qalmışdı. (Qafqazinfo)