Röyanın qardaşı atasından danışarkən gözyaşlarını saxlaya bilmədi – Video
Şou
“Atamdan sonra mənə nəsə oldu… Onu itirməyim mənə çox pis təsir etdi… O müddəti pis keçirdim”.
News24.az xəbər verir ki, RTV-də Türkan Məmmədlinin təqdimatında yayımlanan “Çərçivədən kənar” verilişində danışan İsmayıl Nəcəfov atasından söhbət açarkən kövrəlib.
“Atamın yoxluğunu qəbul edə bilmirəm. Sanki yaşayır. Onun barəsində danışarkən pis oluram… Bəzən yolda gedərkən, təkbaşına gəzəndə birdən məni ağlamaq tutur, ağlayıram… Məzarına getdiyim zaman onunla söhbətləşirəm”, – o deyib.
Qısa müddət öncə ata olan İsmayıl öz atasının nəvəsini görmək istəyindən də danışıb.
“Ən böyük xəyalı nəvəsini görmək idi. Qismət olmadı… Biz onun son anına çatdıq… Halallığımı aldım”, – xatirələrini bölüşərkən İsmayıl gözyaşlarına hakim ola bilməyib.
İsmayıl həmçinin bacısı Röya Ayxanla ayrı keçən uşaqlığı, son illər birgə keçirdikləri zaman və ifa etdikləri mahnılardan da söz açıb. Röyanın sənəti ilə bağlı sualı cavablandıran İsmayıl bildirib:
“Onun uğurunu təkrarlamaq və ya üstələmək bizim həddimizə deyil”.
Qeyd edək ki, İsmayıl Nəcəfov Türkiyədə yaşayır və orada musiqi fəaliyyəti ilə məşğuldur.