"Mənim həyatım onun həyatını keçər" – Günel ilk dəfə keçmiş nişanlısı barədə danışdı

"Mənim həyatım onun həyatını keçər" – Günel ilk dəfə keçmiş nişanlısı barədə danışdı Şou

“İstəyirəm həyat yoldaşım məni tanıyanda görsün ki, mən necə yaşamışam. Keçmişimlə bağlı bir kəlmə belə, gələcək ailəmə kölgə salmasın”.

News24.az xəbər verir ki, RTV-də Türkan Məmmədlinin təqdimatında yayımlanan “Çərçivədən kənar” verilişində qonaq olan müğənni Günel Zeynalova şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.

O, keçmiş nişanlısı ilə bağlı çəkiləcəyi iddia olunan film məsələsinə münasibət bildirərək deyib ki, yaşadığı həyat heç kimin həyatı ilə müqayisə edilə bilməz:

“Mənim həyatım onun həyatını keçər. Düz demişəm. Çünki çox şey yaşamışam. Yaşım balaca idi, yüküm ağır idi. Uşaqlığımı səhnədə keçirmişəm”.

Günel Zeynalova keçmiş nişanlısı ilə Los-Ancelesdə görüşməsi ilə bağlı yayılan məlumatları da təkzib edib:

"Yanlış məlumatdır. Görüşsəydim, deyərdim. Utanacağım heç nə yoxdur. Görüşsəm, yalnız halallaşmaq üçün görüşərəm”.