"Möhtəşəm Yüzyıl"ın aktyorları 15 il sonra yenidən birlikdə
Şou
Türkiyənin məşhur aktyorları Halit Ergenç və Meryem Uzerli uzun illərdən sonra yenidən eyni layihədə bir araya gəlirlər.
News24.az xəbər verir ki, onlar yeni çəkilən "İmrozda Bahar" filmində birlikdə rol alacaqlar.
Aktyorlar daha əvvəl məşhur "Möhtəşəm Yüzyıl" serialında birlikdə çəkilmişdilər. Həmin layihədən təxminən 15 il sonra onların yenidən eyni filmdə çəkilməsi böyük maraq doğurub.
Filmin rejissoru mükafatlı türk rejissoru Özcan Alperdir. Film adada yolları kəsişən iki insanın hekayəsindən bəhs edir və “yenidən sevgi mümkündürmü?” sualına cavab axtarır. “İmrozda Bahar” filminin çəkilişlərinə yaxın vaxtlarda başlanacağı bildirilir. Layihə həm mövzusu, həm də aktyor heyəti ilə artıq kino dünyasında diqqət çəkib.