Müğənni evini - SATIR

Müğənni evini - SATIR Şou

Müğənni Alsu Moskvanın mərkəzində valideynlərinin hədiyyə etdiyi daşınmaz əmlakı satışa çıxarıb.

News24.az xəbər verir ki, ifaçı Nikitski bulvarında yerləşən binadakı 5 otaqlı mənzilini satır. Daşınmaz əmlakın sahəsi 247 kvadratmetrdir. Mənzildə üç yataq otağı və vanna otağı, mətbəx-yemək otağı, ofis, soyunub-geyinmə otağı olan zal, həmçinin sauna var. 

Qeyd olunur ki, mənzilin əşyalarında çoxlu antik mebel var və dizaynı neoklassik üslubda hazırlanıb. Əmlakın qiyməti 299 milyon rubl təşkil edir.

Məryəm