Müğənnidən şok etiraf: Əri ilə illərdir ayrı yatır
Şou
Türkiyənin məşhur müğənnisi Demet Akalın şəxsi həyatı ilə bağlı gözlənilməz etiraf edib.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2012-ci ildə iş adamı Okan Kurtla ailə quran sənətçi illərdir həyat yoldaşı ilə ayrı yatdıqlarını açıqlayıb.
Müğənni bu barədə sosial şəbəkədə cütlüklərin yuxu vərdişləri ilə bağlı aparılan müzakirəyə qoşularkən danışıb. Demet Akalın pandemiya dövründən bəri həyat yoldaşı ilə ayrı yatmağa üstünlük verdiklərini bildirib.
“Pandemiyadan bəri ayrı yatırıq. Bəli, yuxu vacibdir”, – müğənni qeyd edib.
Sənətçinin bu etirafı Türkiyə maqazin gündəmində diqqət çəkib.
