Nadir efirdə - GÖZ YAŞI TÖKDÜ
Şou
Müğənni Nadir Qafarzadə həmkarı Xatirə İslamın oxuduğu “Gecdi daha” mahnısını dinləyərkən keçmişdə yaşadığı ağır günləri yada salaraq, efirdə göz yaşı töküb.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, “Zaurla Günaydın” verilişində vaxtilə anasına dərman almağa pul tapmadığını və buna görə sonralar çox əzab çəkdiyini deyib:
“Bu mahnı mənə keçmişimi xatırlatdı, bütün uşaqlığım, atalı-analı günlərim, yaşantılarım, çətinliklərim yadıma düşdü. Anam ağır xəstə yatağında idi, televizorda bir dərmanı reklam edirdilər. Onda da indiki kimi kanallar çox deyildi, az idi. Anam o dərmanı görüb, məndən onu almağı istədi. Dedi, o dərmanı al, mən sağalacağam. Amma mən o dərmanı ona ala bilmədim”.