Narkotikə görə saxlanılan "Navai"nin anası danışdı
Şou
Qazaxıstanda saxlanılan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirovun anası Aynur Bəkirova oğlu ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, o, “Super” nəşrinə açıqlamasında oğlunun narkotikə görə saxlanılması xəbərinin onun üçün gözlənilməz olduğunu bildirib:
“Allahım, bu necə ola bilər? O, narkotiklə heç bir əlaqəsi olmayan insandır. Ona böhtan atıblar! Bu, necə baş verə bilər? İlahi, mənim oğluma bunu kim edib? Axı onun konserti yaxınlaşır. Belə bir şey ola bilməz, mən buna əminəm! Mən də düşünürdüm ki, görəsən, konserti niyə ləğv ediblər.
Onun mühafizəçiləri zəng edib bildirdilər ki, məsələ artıq öz həllini tapıb. Dedilər ki, onu tezliklə sərbəst buraxacaqlar və narahat olmağa dəyməz. Sadəcə, cərimə ödəyəcək və məsələ bununla yekunlaşacaq. Axı onlar qaçaqmalçılıqla məşğul olmurlar, sadəcə, nəsə daşıyırlar”.
Qeyd edək ki, Navai Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir. /Axşam.az