Navai 2 aylıq həbs edildi
Şou
Qazaxıstanda narkotikə görə saxlanılan Azərbaycan əsilli tanınmış reper Navai (Nəvai Bəkirov) iki ay müddətinə həbs edilib.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstan məhkəməsi qərar çıxarıb.
Reperlə bağlı narkotik maddələrin qaçaqmalçılığına cəhd işi üzrə istintaq aparılır.