“Niyə başqasının kişisi sənin şəklini görməlidir?"
Şou
“Niyə başqasının kişisi sənin şəklini görməlidir?"
News24.az xəbər verir ki, əməkdar artist Elnarə Abdullayeva “Qonaqcanlı” verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
“Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım idi və statusunda öz şəklini paylaşmışdı. Dedim ki, bu nədir belə? Dedi ki, öz şəklini qoyub. Mən də dedim ki, axı sən cavan gəlinsən.
Məsələn, götürək ki, bacımın yoldaşı telefonu götürüb baxır. Telefonu həyat yoldaşı götürə bilər. Bacımın yoldaşı sənin şəklini niyə görməlidir?”
“Mən kişi olsam, Allah haqqı, bunu qəbul edə bilmərəm. Qardaş, bacı, başına dönüm, sən xanımsan, sənin o " TikTok"da, orada-burada nə işin var? Müasirliyə pis baxmıram, Allah haqqı, pis baxmıram. Gözəl geyinin, gəzin, dünya sizindir, xoşbəxt olun. Amma, evladım, sənin şəklini başqaları da görür axı”, – deyə o bildirib.
Qeyd edək ki, ifaçının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tənqid edilib.