Nuran: “Artıq insanlar mənim stilimə öyrəşiblər”
Şou
Gənc artist Nuran festivallardan biri çərçivəsində Bakıda səhnəyə çıxıb.
News24.az-a açıqlama verən müğənni fərqli geyim tərzi ilə bağlı tez-tez müzakirə olunmasından danışıb. O bildirib ki, sosial şəbəkələrdə haqqında yazılan rəyləri izləyir və xüsusilə geyimləri ilə bağlı şərhlər diqqətini çəkir.
Nuranın sözlərinə görə, əvvəllər istifadəçilər onun geyimləri barədə müxtəlif fikirlər səsləndirirdilər:
“İndi alıb, gələn il geyinəcək”, “Babamın pencəyi kimi”, “Atamın pencəyi kimi”, – belə rəylər yazırdılar”.
Artist qeyd edib ki, zaman keçdikcə insanlar onun stilinə alışıb və artıq əvvəlki kimi mənfi rəylərlə qarşılaşmır.
Nuran səhnə aldığı festival barədə və Gəncədə təşkil edilən konsertindən danışaraq təəssüratlarını bölüşüb.
Gənc artist gələcəkdə baş tutacaq duet layihəsi ilə bağlı planlarından da söz açıb.