NURAN-dan növbəti Eldar Mansurov sürprizi: ifası ilə yenidən trend oldu – VİDEO
Şou
Gənc artist NURAN ikinci dəfə Xalq artisti Eldar Mansurovun yaradıcılığına müraciət edib.
News24.az xəbər verir ki, sənətçi bəstəkarın Opera Studiyasında keçirilən yaradıcılıq gecəsində “Dilbərim” mahnısını ilk dəfə səsləndirib.
İfa qısa zamanda sosial şəbəkələrdə trend olub, çox sayda istifadəçi tərəfindən paylaşılıb.
Müğənni sözügedən ifanı video-roliklə dinləyicilərinin ixtiyarına verib.
Qeyd edək ki, mahnının sözləri Pənah Rüstəmə məxsusdur. İlk ifaçısı Xalq artisti Ağadadaş Ağayev olub, layihənin musiqi prodüseri və NURAN-ın vokal koçu Elçin Cəfərovdur. İfanın aranjiman və miks-masterinqi Dahinlə Rasim Əsgərova məxsusdur.
Video-çarxın müəllifi Zaur Cavadovdur. Artistin meneceri Kənan Cəfərov, radio meneceri Aysel Mehrəli, press meneceri isə Samirə Ərəblinskayadır.
Klipdəki geyimlər beynəlxalq podiumlarda kifayət qədər populyarlıq qazanan “AJEMİ” brendi tərəfindən hazırlanıb.
Xatırladaq ki, NURAN daha öncə E. Mansurovun əsərlərindən “Ay yalançı”nı ifa etmişdi.