Ölkəni tərk edən Xalq artistinin pulu tükəndi - Yeni qərar verdi
Şou
Rusiyanı tərk edən Xalq artisti Alla Puqaçova müxtəlif tədbirlərə qatılmaqla gəlir əldə edə bilər.
News24.az xəbər verir ki, bu barədə prodüser Pavel Rudçenko açıqlama verib.
Onun sözlərinə görə, Puqaçova bir tədbirdə iştirak etmək üçün 10 milyon rubldan başlayan məbləğ tələb edə bilər.
Bu tələbə onun “fəxri qonaq” kimi çıxış edib bir mahnı səsləndirməsi də daxil edilə bilər.
Qeyd edək ki, avqustun əvvəlində Puqaçovanın artan xərclər fonunda xaricdə yenidən özəl konsertlər verməyə hazır olduğu barədə məlumat yayılıb.
“Puqaçovanın pulu tükənir, o isə Rusiyada yaşadığı kimi dəbdəbəli həyat sürmək istəyir”, – deyə sənətçinin çevrəsindəki mənbə bildirib.