"Onu hələ də nifrətlə xatırlayıram!" - Aktrisa

"Onu hələ də nifrətlə xatırlayıram!" - Aktrisa Şou

Ülviyyə Xəlinbəyova paylaşımı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, aktyor sosial media hesabında müəllimi ilə bağlı pis xatirəsini bölüşüb:

“Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarcasına yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi.

Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!” (Yeni Sabah)