Özcan Dəniz ailəsindən imtina etdi!

Özcan Dəniz ailəsindən imtina etdi! Şou

Türkiyəli məşhur müğənni və aktyor Özcan Dəniz ilə meneceri olan böyük qardaşı Ercan Dəniz arasında münaqişə yaşanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, onun qardaşı ilə bağlı sosial media hesabından verdiyi açıqlamaları sevənlərini heyrətləndirib.

Müğənni gündəm olan paylaşımlarında onun artıq yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu bildirib:

"Ən yaxın ailə üzvləriniz olsa belə, stressi idarə edə bilməyən bir insandan uzaq durun. Çünki o, doğru-yalanına əhəmiyyət vermir. O, sizi qurban verəcək qədər irəli gedəcək. Uğrunda canımı verəcəyim insanların çoxunu həyatımdan çıxardım. Çünki onların yoxluğuna üzülmək, etdiklərinə üzülməkdən daha asandır”.

Dəniz oğlu və həyat yoldaşı ilə fotosunu paylaşaraq "Sizi çox sevirəm. Canım oğlum, canım yoldaşım. Artıq kimin üçün yaşadığımı bilirəm və çox xoşbəxtəm. Mən heç vaxt olmadığım qədər rahat və daha güclüyəm” şərhini yazıb.