Paris Moda Həftəsində ulduz yağışı- Fotolar
Şou
Paris Moda Həftəsi məşhur simaların iştirakı ilə davam edir.
News24.az xəbər verir ki, sentyabrın 28-də keçirilən “L’Oreal Paris” nümayişində Aişvariya Ray, Kendal Cenner, Selin Dion, Eva Lonqoriya və Viola Devis kimi məşhurlar iştirak edib.
Aişvariya Ray qara məxmər libası və tacı ilə podiumda diqqət çəkib. Gecənin ən yadda qalan anlarından biri isə Selin Dionun çıxışı olub. Müğənni Eyfel qülləsinin qarşısında “I’m Alive” mahnısını ifa edib./Reuters/