Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var
Şou
Bir müddət əvvəl müalicə məqsədilə Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən reper Elşad Xosenin vəziyyəti yaxşılaşıb.
News24.az xəbər verir ki, sənətçiyə tətbiq olunan müalicə müsbət nəticə verib. Hazırda Elşad Xosenin vəziyyətinin stabil və yaxşı olduğu bildirilir.
Reperin müalicə prosesi yaxın günlərdə başa çatacaq. Onun bir neçə gün sonra xəstəxanadan evə buraxılması gözlənilir./SKNDL MAG