Qayınanasının ünvanına təriflər yağdırdı

Qayınanasının ünvanına təriflər yağdırdı Şou

“Hər addımda yanımızda olan, həm ana, həm dost, həm sirdaş, həm silahdaş, hər bir yaramıza məlhəm, ən qaranlıq günümüzə işıq tutan, ən gözəl günümüzə hamıdan çox sevinən, hər şey və hər kəs olmağı bacaran qadın! Bütün ömrünü övladlarının səadətinə həsr edən, varlığı ilə ən böyük arxa-dirək olan Mehriban anamın doğum günüdür”.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə qayınanası haqda paylaşımında yazıb. O, qayınanasının ad günü olduğunu vurğulayaraq, bunları əlavə edib:

“Möhtəşəm ana, qayğıkeş həyat yoldaşı, ən şirin nənə, mükəmməl qayınana və vicdanlı, savadlı hüquqşünas. Onun üçün "mümkün deyil" anlayışı yoxdur. Bezmədən, yorulmadan, incimədən çiyinlərində bir dünya boyda yük daşıyan və bir an belə əzəmətini itirməyən insan. Doğum gününüz mübarək! Sağlam, xoşbəxt və daima yanımızda olun, sizin sadəcə varlığınıza böyük ehtiyacımız var”.

Qeyd edək ki, Aydan Əməkdar artist Çingiz Əhmədovun oğlu İbrahim Çingizlə ailəlidir. Cütlüyün bir övladı var.