Renkanın məkanından oğurluq edildi - VİDEO
Şou
Rəqqasə Rəna Ağamuradova (Renka) xoşagəlməz hadisə ilə üzləşib.
News24.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Renka bildirib ki, kofe məkanının dekorasiyası üçün firma tərəfindən hazırlanmış əl işi balqabağı tanımadığı bir qız oğurlayıb.
Renka hadisədən təəssüfləndiyini vurğulayıb:
“Kofe məkanımızda firma tərəfindən hazırlanan əl işi balqabağı bir qız oğurlayıb. Yoldan keçən biri olub, heç tanımıram. Əslində, balqabaq elə də dəyərli əşya deyil, amma əl işidir, ona ürək qoyulub. Hələ məkanın açılışını belə etməmişik, sadəcə, ətrafı bəzəyirik. Belə bir hadisənin baş verməsi məni üzdü”.