Rəqsanə ilk dəfə həbsxana həyatından danışdı

Rəqsanə ilk dəfə həbsxana həyatından danışdı Şou

Müğənni Rəqsanə İsmayılova “Baku TV”-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışının qonağı olub.

News24.az xəbər verir ki, ifaçı həbsxanada keçirdiyi üç aylıq müddətlə bağlı ilk dəfə danışıb.

Müğənni etiraf edib ki, üç ay davam edən həbs və təcrid dövrü onun üçün həm ən ağır emosional sarsıntı, həm də böyük həyat məktəbi olub.

"Mən həmişə tək qalmaqdan çox qorxurdum və Allah mənə bunu yaşatdı. Bu sınaq məni sındırmadı, əksinə, yenidən formalaşdırdı. Yadımdadır, həbsxanada olduğum ikinci gün pəncərəmə dörd sərçə qondu. Mənim də dörd övladım var. Çörəyi xırdalayıb pəncərənin üstünə qoydum. Yanımdakı qadınlar dedilər ki, adətən sərçələr sürü ilə gəlirlər. Amma bu dörd sərçə mən azadlığa çıxana qədər hər gün eyni saatda gəlirdi. Mən hiss edirdim ki, Allah onları mənə təsəlli vermək üçün göndərib. Çünki uşaqlarımı görə bilmirdim", – deyə o bildirib.